Bakıda mağaza yarılıb: xeyli pul aparılıb
18 Sentyabr 2015 11:25 KriminalBakıda mağazadan xeyli miqdarda pul oğurlanıb. Nərimanov rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Türkiyə vətəndaşı, 1971-ci il təvəllüdlü Özdəmir İsa Ahmet oğlu 17-ci Polis Bölməsinə müraciət edərək işlətdiyi mağazanın naməlum şəxs və ya şəxslər tərəfindən yarıldığını bildirib. Şikayətçi qeyd edib ki, Y.V.Çəmənzəminli küçəsində yerləşən "Euro 2000" mağazasından gecə saatlarında pəncərəni sındırmaq yolu ilə daxil olmaqla 300 dollar və 4300 manat oğurlanıb. Müraciət əsasında araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31