Maşında sıxılmış sürücü xilas edilib
17 Sentyabr 2015 14:01 KriminalFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda Opel və Ford markalı 2 minik avtomobili toqquşub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, Opel markalı minik avtomobilinin sürücüsünün ayaqları sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər sürücünü avtomobildən çıxarmış və aidiyyəti üzrə təvil veriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31