Göyçayda dəyirman yanıb

Göyçay rayonunda ümumi sahəsi 180 kv.m olan dəyirmanda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə dəyirmanın tavanı 4 kv.m sahədə, 1 ədəd plastik qapı və içərisinə yığılmış 2 ton günəbaxan bitgisinin 200 kq-ı yanıb. Dəyirmanın və günəbaxanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31