Ölənlərin sayı 6-ya çatdı - Yaralalıların adları məlum oldu

Bu gün Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəzada yaralananların adları məlum olub. "Qafqazinfo"nun əməkdaşı hazırda Sumqayıt şəhər xəstəxanasındadır. Əməkdaşımıza növbətçi həkimin verdiyi məlumata görə, artıq ölənlərin sayı 5-ə çatıb.

Yaralılar travmatik şok, sol diz oynaq əzilməsi, qapalı kəllə-beynin ağır travması, sağ ayağın bud sümüyünün sınması, sağ bud-baldır nahiyəsinin əziyi diaqnozları ilə xəstəxanaya yerləşdiriliblər.

Yaralıların siyahısı:

Quliyeva Ofelya Mahmud qızı
Ağakişiyev Baloğlan 1988-ci il
Cavadov Rövşən 1988-ci il
Məmmədova Ofelya 50 -55 yaşlı
Məmmədova Əsmər 1967-ci il
Əhmədov Rəşad 1983-cü il
Allahverdiyev İbadət 1991-ci il
Paşabəyov Asif

***

"Qafqazinfo"nun hadisə yerində olan əməkdaşının məlumatına görə, yaralı Quliyeva Ofelya Mahmud qızı dünyasını dəyişib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31