Bakıda şirkətdən külli miqdarda oğurluq edən qrupun digər üzvü tutulub
17 Sentyabr 2015 12:57 KriminalBakıda şirkətdən oğurluq etməkdə şübhəli bilinən şəxs tutulub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Xətai rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "Qaraçay" təmir-tikinti şirkətindən içərisində 60 min ABŞ dolları və sənəd olan seyfi quldurluq yolu ilə aparmış qrupun digər üzvü - Bakı şəhər sakini Aqşin Mustafayev tutulub, digər şəxs isə müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31