Azərbaycanda daha bir dəhşətli qəza: 3 ölü, 1 yaralı
Maşın yol kənarında dayanan sərnişinlərin üstünə çıxdı
17 Sentyabr 2015 12:26 KriminalSentyabrın 16-da axşam saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, magistralın 48-ci km-də, Azərbaycanın Sumqayıt şəhəri ərazisində "Hyundai" markalı avtomaşın yolu kənarında dayanan 4 piyadanı vurub. Onlarda 3-ü ölüb, bir nəfər isə xəsarət alıb. "Hyundai"-ın sürücüsü də xəsarət alıb.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31