Oğurluq etd, digər cinayətlərinin üstü açıldı
16 Sentyabr 2015 16:43 KriminalBinəqədi RPİ 40-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyunun 29-da Sərxan Məmmədovun evindən qızıl və məişət əşyaları oğurlamış Cəbrayıl rayon sakini, Nuri Behbudov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Asif Hüseynova və Həsən Əsədova məxsus evlərdən pul, qızıl və məişət əşyaları oğurlaması da aşkar edilib. Onun əvvəllər məhkum olunduğu müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31