Qadının evini qarət edən saxlanıb

Xızı rayonunda oğurluq hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Xızı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 14-də Umleyla Mahmudovanın evindən 530 manat oğurlamış rayon sakini Pərviz Zeynalov tutulub. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31