Doqquzmərtəbənin altındakı mağaza yanıb
16 Sentyabr 2015 13:22 KriminalBakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın qeydə alınıb. Gövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 24 kv.m olan meyvə-tərəvəz satışı mağazasının köməkçi otağında 0,5 kv.m sahədə lambirdən ibarət divar üzlüyü yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31