Sumqayıt sakinini bıçaqlayan saxlanıb

Sumqayıtda bıçaqlama hadisəsi qeydə alınıb. DİN-dən verilən məlumata görə, Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 13-də Hüseyn Nəzərliyə bıçaqla xəsarət yetirərək sağlamlığına ağır zərər vurmuş Abşeron rayon sakini Natiq Vəliyev tutulub. İlkin araşdırma zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31