Masallıda soyğunçu saxlandı
15 Sentyabr 2015 16:50 KriminalSentyabrın 14-də Masallı rayonunun Boradigah qəsəbəsində naməlum şəxs rayon sakini Rəhman Xankişiyevə zor tətbiq edib 71 manatını və mobil telefonunu alıb. DİN-dən verilən məlumata görə, Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini, əvvəllər məhkum olunmuş Heydər Dadaşov tutulub. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31