Vətəndaşı döyərək pulunu alan dəstə ifşa olundu

Sentyabrın 14-də 4 nəfər naməlum şəxs paytaxtın Nəsimi rayonu ərazisində Bərdə rayon sakini Sənan Məmmədovu döyərək 300 manatını və mobil telefonunu alıb. DİN-dən verilən məlumata görə, Nəsimi RPİ 19-cu PB və Çevik Polis Alayı əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Şamaxı rayon sakini Asdan Kərimov, Sabirabad rayon sakini Şahin Muradov, Ağsu rayon sakini Tacir Rəhimov və Bakı şəhər sakini Rəqsanə Quliyeva tutulublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31