Həmkəndlisini bıçaqlayıb aradan çıxdı
15 Sentyabr 2015 15:51 KriminalBiləsuvar rayonunda bıçaqlama hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, sentyabrın 14-də Biləsuvar rayonunun Çinarlı kəndində kənd sakini Kamil Nəsirov həmkəndlisi Tural Şahbazova bıçaqla xəsarət yetirib. Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində K.Nəsirov tutulub. İlkin araşdırma zamanı hadisənin münaqişə zəminində baş verdiyi müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31