Bazar və avtobuslarda cibgirlik edən “zek” tutulub

Bakıda ticarət mərkəzlərində və ictimai nəqliyyatda cibgirlik edən şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Trend-ə verilən məlumata görə, Bakı şəhər BPİ CAİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, paytaxtda yerləşən ticarət mərkəzlərində və ictimai nəqliyyatda cibgirlik yolu ilə oğurluq əməlləri törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan 1958-ci il təvəllüdlü Abbasağa Əbülfəz oğlu İzətullayev müəyyən olunaraq tutulub. Şübhəli şəxsin üzərindən 0,744 qram tiryək aşkar olunaraq götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31