Tələbə "bomj"un üstünə benzin tökərək yandırdı
15 Sentyabr 2015 12:34 KriminalRusiyanın Birobican şəhərində sərxoş tələbə "bomj"un üzərinə benzin tökərək yandırıb. APA-nın "İnterfax"a istinadən verdiyi xəbərə görə, hadisə yaşayış binasının alaqapısında baş verib. İstintaqın ilkin versiyalarına görə, 18 yaşlı tələbə yaşıdları ilə yaşayış binasının girişində spirtli içki qəbul edib. Həmin vaxt orada olan evsiz şəxsi gənclər dəfələrlə küçəyə qovublar. Bununla sakitləşməyən tələbə yaxınlıqda yanacaqdoldurma məntəqəsindən benzin alıb və "bomj"un üzərinə tökərək onu yandırıb. Zərərçəkən şəxs bədənin 90% yanması ilə hadisə yerindəcə dünyasını dəyişib. Tələbə saxlanıb, onun barəsində xüsusi qəddarlıqla qətl törətmə maddəsi ilə cinayət işi başlanıb. Onu 8 ildən ömürlük həbsə qədər cəza gözləyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31