Velosiped oğuları ələ keçib
14 Sentyabr 2015 15:20 KriminalSentyabrın 9-na keçən gecə Binəqədi rayonu ərazisində yaşayan Ceyhun Məmmədova məxsus qarajdan qapını sındırmaq yolu ilə velosiped oğurlanıb. DİN-dən verilən məlumata görə, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Niyaməddin Nəcəfov və Tovuz rayon sakini Orxan Əliyev tutulub. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların avqustun 16-da Ramazan Quluzadəyə məxsus velosipedi oğurlamaları da müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31