Evdən qızıl və gümüş əşyalar oğurlanıb

Ağdaş rayonunda oğurluq hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Ağdaş RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 11-də Kamran Məmmədovun evindən sənəd, qızıl və gümüş əşyalar oğurlamış şəhər sakini Namizəd Cəfərli tutulub. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31