Maşını qaçıran saxlanıb
14 Sentyabr 2015 15:18 KriminalSentyabrın 12-də saat 12 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsindən qəsəbə sakini Samir Ağayevə məxsus "QAZel" markalı avtomobil qaçırılıb. DİN-dən verilən məlumata görə, avtomobilin onun həmyerlisi Musa Əhmədov tərəfindən qaçırılması və idarə edərkən yol ayrıcısına vurması BDYPİ əməkdaşları tərəfindən müəyyən edilib. Həmin şəxs saxlanılaraq Qaradağ RPİ 11-ci PB-yə təhvil verilib. Hazırda faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31