Gölə düşən maşının sürücüsü ölüb

Hacıqabul rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, sentyabrın 12-də saat 17 radələrində Hacıqabul rayonunun Atbulaq kəndində Şirvan şəhər sakini Rəşad Abbasov idarə etdiyi "QAZ-31" markalı avtomobili süni gölə aşıb. Nəticədə sürücü hadisə yerində ölüb. Hacıqabul RPŞ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31