Kürdəmir sakininin həyətində 120 ədəd çətənə kolu aşkarlanıb

Novxanı qəsəbəsi sakininin həyətində narkotik vasitə aşkar edilib. DİN-dən verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Novxanı qəsəbəsində yaşayan Kənan Quliyevin həyətindən kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 568,5 qram olan 18 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Həmçinin Kürdəmir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Sığırlı kəndində yaşayan Novruz İsmayılovun həyətindən kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 96 kiloqam olan 120 ədəd çətənə kolu və 1 kiloqram marixuana aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31