Ağstafada toxuculuq sexi yanıb

Ağstafa rayonunda toxuculuq sexində yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 1000 kv.m olan hal-hazırda fəaliyyət göstərməyən toxuculuq sexinin içərisində 1 ədəd istismara yararsız dəzgahın yanar hissələri yanıb. Sex və digər dəzgahlar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31