39 yaşlı qadın özünü 7-ci mərtəbədən atdı
14 Sentyabr 2015 11:57 KriminalAzərbaycan paytaxtında intihar hadisəsi baş verib. Bakının Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Gəncə prospekti ev 50, mənzil 75 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1976-cı il təvəllüdlü Natalya Denisova yaşadığı binanın 7-ci mərtəbəsindən özünü atıb və aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı Xətai Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31