20-ci mərtəbədən özünü atan qızın məktubu

Bakıda 21 yaşlı qız "Landmark" hotelinin 20-ci mərtəbəsindən özünü ataraq intihar edib.
Səbail rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, 1991-ci il təvəllüdlü Əliyeva Şəfiqə Mobil qızı həmin binanın 20-ci mərtəbəsində yerləşən restoranın eyvanından özünü ataraq intihar edib.Məlumata görə, Əliyeva valideynlərinə ölümündən əvvəl məktub yazıb.Faktla bağlı cinayət işi başlanıb.
***
Bakıda məşhur biznes mərkəzindən özünü aşağı atan qızın ölümündən əvvəl yazdığı məktub ortaya çıxıb.Səbail Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, "Landmark" biznes mərkəzindəki "Şin-Şin" restoranından özünü aşağı atan Şəfa Əliyevanın üzərindəki məktub ailə üzvlərinə ünvanlanıb. Rus dilində yazılmış məktubun tam məzmunu açıqlanmasa da, Ş.Əliyevanın özün öldürdüyünə görə ailə üzvlərindən üzr istəməsi və bağışlanmasını rica etməsi bildirilir.Ş.Əliyevanın özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31