Bakıda 12000 manatı dələduzluq yolu ilə mənimsəyən şəxs saxlanılıb

Bakıda dələduzluqla məşğul olan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Elxan Süleymanzadə tutulub. O, iyunun 2-də Adil Qurbanovun 12000 manatını dələduzluq yolu ilə almaqda təqsirli bilinir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31