Ağstafada 300 kv.m ev külə dönüb

Ağstafa rayonu, Xılxına kəndində vətəndaşa məxsus evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən veriləın məlumata görə, nəticədə ümumi sahəsi 300 kv.m olan evin dam örtüyünün yanar konstruksiyaları 10 kv.m, evə bitişik, sahəsi 120 kv.m olan köməkçi tiklinin dam örtüyünün yanar konstruksiyaları 16 kv.m sahədə və içərisinə yığılmış 9 ton ot bağlamasının 4 tonu yanıb. Yaşayış evinin, köməkçi tikilinin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31