Qubada 8 otaqlı ev yanıb

Quba rayonu, İkinci Nügədi kəndində 8 otaqlı ev yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumara görə, nəticədə ümumi sahəsi 120 kv.m olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 15 kv.m sahədə və 2-ci otağın tavanı 25 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31