Bakıda toyda faciə: bəyin bibisi öldü

Xəstə qadın üçün təcili yardım çağırılsa da onu xilas etmək mümkün olmayıb

Bakıdakı şadlıq saraylarından birində faciə yaşanıb. "Sonalar sonası" şadlıq evində keçirilən toyun qızğın çağında ev sahiblərindən birinin halı pisləşib. Məlumata görə, səhhəti pisləşən qadın bəyin bibisi imiş. Ürəktutmasından əziyyət çəkən qadın üçün təcili yardım çağırılıb. Lakin xəstəni xilas etmək mümkün olmayıb - həkimlər hadisə yerinə gələnə kimi qadın keçinib. Qohumları hesab edir ki, təcili yardımın toy yerinə gec gəlməsi ucbatından bu xanımı xilas etmək mümkün olmayıb. Buna görə toy sahibləri ilə tibb işçiləri arasında qarşıdurma yaranıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31