68 yaşlı qadını boğub öldürən şəxslər tutulub

Bakıda iki həftə əvvəl törədilən qətlin üstü açılıb. Xəzər Rayon Polis İdarəsindənAPA-ya verilən məlumata görə, avqustun 26-da Şüvəlan qəsəbəsi Almaz İldırım küçəsi döngə 4, ev 16 A ünvanında yaşayan, 1947-ci il təvəllüdlü Həsənova Əzizə Şeydulla qızını yaşadığı mənzildə qətlə yetirən şəxslərin 1990-cı təvəllüdlü  Qədirov Muxtar Şahmar oğlu və 1989-cu il təvəllüdlü İsgərərov Rüfət Hümbət oğlu olmaları müəyyən edilib və onların hər ikisi saxlanılıb. Saxlanılan şəxslər cinayəti tamah məqsədi ilə törətdiklərini etiraf ediblər.

Qeyd edək ki, Ə. Həsənovanın meyiti yaşadığı evdə aşkar edilib. O, boğularaq qətlə yetirilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31