Binanın damına çıxdı, ürəyi partlayıb öldü

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron şəhərində 1 nəfər yaşadığı binanın damında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, 1950-ci il təvəllüdlü Hüseynov Vaqif Məmməd oğlu ürək çatışmazlığından vəfat edib. Xilasedicilər binasının damından vətəndaşı cəsədini aşağı endirib və aidiyyəti üzrə təhvil veriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31