Maskalı oğrular ev sahibi ilə üz-üzə gəldilər
10 Sentyabr 2015 15:03 KriminalSentyabrın 9-da Xəzər rayonunun Şüvəlan qəsəbəsində yaşayan Şövkət Həşimovanın evinə pəncərədən girmiş 3 maskalı şəxs onunla rastlaşdıqda itələyərək onu yıxıb hadisə yerini tərk ediblər. DİN-dən verilən məlumata görə, Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş qəsəbə sakinləri Samid Tahirov, Elnur Muradov və Nahid Razıyev tutulublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31