Qadını bıçaqla hədələyib pulunu aldı
10 Sentyabr 2015 15:02 KriminalBakı şəhərində soyğunçuluq hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, sentyabrın 7-də Xətai rayonu ərazisində, yataqxanalardan birində yaşayan Minzilə Zakiyevanın mənzilinə girmiş naməlum şəxs, onu bıçaqla hədələyərək 200 manat pulunu alıb hadisə yerini tərk edib. Xətai RPİ 37-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Ruslan Juravel tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31