Bakı sakinindən marixuana götürülüb
10 Sentyabr 2015 14:59 KriminalBakı şəhər sakinində narkotik vasitə aşkar edilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Yasamal RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Nəriman Məmmədovdan 465 qram marixuana götürülüb. Həmçinin Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində H.Zeynalabdin qəsəbə sakini, əvvəllər məhkum olunmuş Elxan Əliverdiyevdən 440 qram marixuana götürülmüşdür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31