Bakıda ər arvadını baltaladı
10 Sentyabr 2015 14:36 KriminalPaytaxtda ərlə arvad arasında mübahisə sonda birinin baltalanması ilə nəticələnib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu ərazisində baş verib. Telnov küçəsində yaşayan 1965-ci il təvəllüdlü Yusif Ağayev evdə arvadı ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Davanın sonunda ər arvadı Gülnarəni baltalayıb. O, arvadının baldır nahiyəsindən balta ilə vuraraq kəsib. Yaralanan Gülnarə Su-tikinti xəstəxanasına yerləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31