Mağazadan “E-manat” terminalı oğurlanıb
9 Sentyabr 2015 19:54 KriminalAbşeron rayonunda oğurluq hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 29-da Elməddin Əliyevə məxsus mağazadan tütün məmulatı və orada quraşdırılmış "E-manat" ödəmə terminalını oğurlamış Ağsu rayon sakini Nicat Mehtiyev və Bakı şəhər sakini Vasif Abdulov tutulub. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31