Şirvanda narkotik vasitə aşkar edilib
9 Sentyabr 2015 19:51 KriminalŞirvan şəhərində narkotik vasitə aşkarlanıb. DİN-dən verilən məlumata görə, Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Rauf Əliyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 14 kiloqram 500 qram olan 27 ədəd çətənə kolu, habelə həyətində və evində gizlətdiyi ümumi çəkisi 1 kiloqram 997 qram marixuana aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31