Qubada 2 otaqlı ev yanıb

Quba rayonu, Paşaoba kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m sahədə olan 2 mərtəbəli 4 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31