78 yaşlı kişinin meyiti mənzilində tapılıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər mənzilin giriş qapısını açıb, 1937-ci il təvəllüdlü Pradçikova Praskoviyanın cəsədini aşkar edib və aidiyyəti üzrə təhvil veriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31