Sumqayıt sakini liftin şaxtasına düşərək ölüb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1961-ci il təvəllüdlü Surxayev Yaşar Fərhad oğlu liftin şaxtasında düşərək köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər liftin şaxtasına baxış keçirərkən Y.Surxayevin cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31