Sabunçuda 2 otaqlı ev alışıb
9 Sentyabr 2015 17:36 KriminalBakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus 2 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 80 kv.m olan 1 mərtəbəli 2 otaqlı evin yanar konstruksiyası və ev əşyaları 65 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda mənzildə iki nəfər bağlı qapı arxasında qalmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açmış və vətəndaşları aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 00:35-də başa çatmışdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31