"Azenco" tikinti şirkətini məhkəməyə verib
9 Sentyabr 2015 13:21 Kriminal"Azenco" Açıq Səhmdar Cəmiyyəti (ASC) "MAXX Tikinti-Servis" Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib. Report-un məlumatına görə, "Azenco" alqı-satqı müqaviləsi üzrə borc tələbi irəli sürüb. İşə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.
Qeyd edək ki, "Azenco" şirkəti dövlət müəssisəsi olan "Azerenerji" ASC-nin tərkibində "Azerenerjitikinti" MMC adı altında fəaliyyət göstərib. Bir müddət sonra "Azenco" Açıq Səhmdar Cəmiyyətinə çevrilib. Şirkətin xüsusi kapitalının həcmi təxminən 500 milyon ABŞ dollarına bərabərdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31