Dələduzluq etmiş şəxs saxlanıb

Bakı şəhərində dələduzluq faktı qeydə alınıb. DİN-dən verilən məlumata görə, Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 6-da Tofiq Qocayevin planşetini dələduzluq yolu ilə almış Salyan rayon sakini Bəhruz Cavadov tutulub. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31