Mağazadan qızıl sırğa oğurlayan tutulub
8 Sentyabr 2015 16:09 KriminalSentyabrın 7-də Pirallahı qəsəbəsində yerləşən mağazada naməlum şəxs orada işləyən qəsəbə sakini Nərminə Cəlilovaya məxsus satış şöbəsindən qızıl sırğanı açıq talama yolu ilə aparıb. DİN-dən verilən məlumata görə, Pirallahı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Ağdam rayon sakini Zahid Qarayev tutulub. İlkin araşdırma zamanı onun əvvəllər məhkum olduğu müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31