Xocəsəndə kişi meyiti tapılıb

Sentyabrın 7-də saat 10 radələrində Abşeron rayonunun Xocəsən qəsəbəsində üzərində zorakılıq əlamətləri (boğma və döyülmə üçün xarakterik) olan 25-30 yaşlı kişi meyiti tapılıb. DİN-dən verilən məlumata görə, Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanıb. Abşeron RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31