Sex avtomobillə birgə yandı

Bakı şəhəri, Sabunçu rayonunda avtomobil süxində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 3200 kv.m olan avtomobillərin təmiri sexinin alkapondan ibarət divar üzlüyü və dam örtüyünün yanar konstruksiyaları 200 kv.m sahədə və təmirə dayanmış "KİA" markalı iki avtomobildən biri tam, digəri qismən yanıb. Sexin qalan hissəsi və təmirə dayanmış digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31