Ağaca çırpılan “HYUNDAİ” 2 nəfərin ömrünə son qoydu
8 Sentyabr 2015 12:54 KriminalFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Quba rayonu, H.B.Zərdabi qəsəbəsində (rayon mərkəzindən 12 km aralı) 1975-ci il təvəllüdlü Qəribov Seymur Samir oğluna məxsus "HYUNDAİ" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobilin sürücüsü S.Qəribov və avtomobildə olan sərnişin, 1982-ci il təvəllüdlü Hüseynov Camal Tofiq oğlu hadisə yerində vəfat edib. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri deformasiyaya uğramış avtomobildən cəsədləri çıxararaq aidiyyəti üzrə təvil veriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31