Qadının qızıl əşyalarını oğurlayan saxlandı

Lənkəranda qadının qızıl əşyaları oğurlanıb. DİN-dən verilən məlumata görə, Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 5-də Nilufər Əliyevanın qızıl sırğasını soyğunçuluq yolu ilə almış şəhər sakini Zəki Quliyev tutulub. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31