Mobil telefonuna qənim kəsilənlər tutulub

DİN-dən verilən məlumata görə, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 2-də Sultan Sultanlının mobil telefonunu soyğunçuluq yolu ilə almış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Emil İsmayılov tutulub. Həmçinin cari il yanvarın 2-də İbrahim Salayevin mobil telefonunu oğurlamış Bakı şəhər sakini Heydər Əmrahov saxlanılıb. Hər iki faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31