Xaçmaz rayonu, Bostançı kəndində vətəndaşa məxsus talvar yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 72 kv.m olan talvarın yanar konstruksiyaları və altına yığılmış 4 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31