Bakıda yaşayış binasında yanğın olub
7 Sentyabr 2015 15:21 KriminalBakı şəhəri, Nəsimi rayonunda 3 mərtəbəli yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə binanın 3-cü mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan 4 otaqlı mənzilin divarının və dam örtüyünün taxta konstruksiyaları 8 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31