Xaşmazda ev və tikili yanıb, ferma mühafizə edilib

Xaçmaz rayonu, Çarxı kəndində vətəndaşa məxsus 2 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 5 kv.m sahədə, ona bitişik ümumi sahəsi 55 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları və ətrafında 500 kv.m sahədə kol- kos yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı ferma yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31